<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Rəbbim, Xilaskarım, Rəhbərim mənim İL503</title>
<lyrics>[V1]
 Rəbbim, Xilaskarım, Rəhbərim mənim,
 İlahi qüdrətli, uca Allahım!
 Ürəyim olmuşdur məskənin Sənin,
 Gözlərim axtarır sözünü Sənin.
 Rəbbim, Xilaskarım, Rəhbərim mənim,
 İlahi qüdrətli, uca Allahım!

[V2]
 Susayıbdır könlüm Sənə, İlahi,
 Sənin Yolundur mənim yolum indi.
 Doldur ürəyimi Ruhunla, Rəbbim,
 Kömək et bu yolla yanına gəlim.
 Susayıbdır könlüm Sənə, İlahi,
 Sənin Yolundur mənim yolum indi.

[V3]
 Əllərini uzat mənə, İlahi,
 Qoyma yıxılım, qoyma büdrəyim.
 Mən nəfəs alıram, yaşayıram Səninlə, Rəbbim,
 Təsəlli tapıram, rahat oluram Səninlə, Rəbbim.
 Əllərini uzat mənə, İlahi,
 Qoyma yıxılım, qoyma büdrəyim.</lyrics>
<hymn_number>503</hymn_number>
</song>